Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"dan gedir, yeni klubu bilindi

Tarix: 3 Yanvar 2024 16:48

"Qalatasaray"ın qapıçısı Fernando Muslera klubdan ayrılır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu mövsümün sonunda qapıçının 13 illik klubu ilə müqaviləsi başa çatır. Uruqvaylı qolkiper açıqlamasında bu müqaviləni yeniləməyəcəyini bildirib.

Uruqvay mediası isə 37 yaşlı qapıçının keçmiş klubu olan "Club National"a transfer ediləcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, Muslera "Qalatasaray"ın formasında 484 oyuna çıxıb. Bu oyunlarda 516 qol buraxıb, 173 oyunda isə qapısını qoruya bilib.

Milli.Az


Etiketlər:  Qalatasaraydan gedir yeni klubu bilindi


RƏYLƏR