Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli məşhur referi karyerasını bitirdi

Türkiyəli məşhur referi karyerasını bitirdi

Tarix: 3 Yanvar 2024 23:36

Türkiyəli tanınmış futbol hakimi Mete Kalkavan karyerasını bitirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

"Kalkavan "Hakimlər Akademiya"ında VAR təlim cavabdehi vəzifəsinə təyin edilib. Ona xidmətlərinə görə təşəkkür edir və yeni vəzifəsində uğurlar arzulayırıq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, M.Kalkavan 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ"- "Samtredia" (Gürcüstan) oyununun baş hakimi olub.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhur referi karyerasını bitirdi


RƏYLƏR