Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 01:27
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri udulduqda toxluq hissi yaradan titrəyişli kapsul yaradıblar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Science Advances" jurnalında dərc olunan məqalədə deyilir.
Təcrübələr göstərdi ki, yeməkdən 20 dəqiqə əvvəl həbi qəbul edən heyvanlar toxluqdan xəbər verən hormonlar ifraz edir və qida qəbulunu təxminən 40 faiz azaldır.
Gələcəkdə alimlər kapsulların istehsalını genişləndirməyə və cihazın təhlükəsizliyini təsdiqləmək üçün insanlarda klinik sınaqlar keçirməyə, həmçinin kapsulların udulması üçün ən yaxşı vaxtı müəyyən etməyə çalışırlar.