Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa təmsilçisi ikinci legioneri də yola saldı… SON DƏQİQƏ

Premyer Liqa təmsilçisi ikinci legioneri də yola saldı… SON DƏQİQƏ

Tarix: 5 Yanvar 2024 14:22

"Zirə" ukraynalı hücumçu Vladislav Kulaçdan sonra daha bir legionerlə yolları ayırıb.

Sonxeber.net sportinfo.az-a istinadla bildirir ki, qəsəbə təmsilçisi 2022-ci ilin avqustunda sıralarına qatdığı Andriya Lukoviçlə vidalaşıb.

O vaxt 2 illik müqavilə imzalamış serbiyalı yarımmüdafiəçi ilə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

29 yaşlı balkanlının son klubu Portuqaliya "Belenenseş"i olub. Daha əvvəl ölkəsində "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşada "Rakuv", Portuqaliyada "Famalikan"ın formasını geyinib.


Etiketlər:  Premyer Liqa təmsilçisi ikinci legioneri yola saldı DƏQİQƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ