Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 18:36
Fransanın keçmiş Baş naziri Dominik de Vilpen Ermənistan Milli Maraqlar Fondunun Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın qərarına əsasən, Dominik de Vilpeni bu vəzifədə Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan əvəz edib.
Məlumata görə, şuranın maliyyə məsələləri üzrə italiyalı müşaviri İsidoro Luçiola, eləcə də sərmayə komitəsinin başçısı, fransalı İT sərmayəçisi Xaled Eliui də istefa verib.
Qeyd edək ki, Dominik de Vilpen 2019-cu ildən, qurum yaranandan fondun Direktorlar Şurasına daxil olub.