Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BƏƏ Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

BƏƏ Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Tarix: 8 Yanvar 2024 18:27

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli.Az


Etiketlər:  BƏƏ Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ