Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siqaret kötüklərindən yol çəkəcəklər

Siqaret kötüklərindən yol çəkəcəklər

Tarix: 9 Yanvar 2024 06:06

Slovakiyanın paytaxtı Bratislavada bələdiyyə siqaret kötüklərini təkrar emal etməklə yeni yol çəkməyi planlaşdırır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bələdiyyə tərəfindən tullantıların idarə olunması şirkəti 2024-cü il üçün yeni yol planını elan edib.

OLO-dan verilən açıqlamada, 2024-cü il ərzində bütün ictimai tədbirlərdə siqaret qutularının quraşdırılacağı bildirilib.

OLO-nun direktoru Martina Çeçova mövzu ilə bağlı açıqlama verib: "Bir festivalda iştirak edənlər, qaçanlar və ya bazara gedənlər qutuya çöp atsalar, nəinki daha təmiz bir ətraf mühitə töhfə verəcəklər, həm də bunun təkrar emalını təmin edəcəklər".

Layihə çərçivəsində siqaret kötüklərinin xüsusi lifə çevrilməsi və asfalt məhlulu ilə qarışdırılması nəzərdə tutulur. Oxşar layihə daha əvvəl Slovakiyada həyata keçirilib.

Milli.Az


Etiketlər:  Siqaret kötüklərindən yol çəkəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ