Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 20:04
Rusiyalı müğənni Qlukoza (əsl adı Natalya İonova) Nastya İvleevanın qalmaqallı "çılpaq gecəsindən" sonra Rusiyanı tərk etmək qərarına gəlib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, ailəsi ilə Seyşel adalarına gedib.
Sənətçi paylaşımında əri və kiçik qızı ilə Hind okeanının sahilində çəkilmiş fotosunu yayımlayıb. Müğənni etiraf edib ki, o, çoxdan Seyşel adalarında olmaq, okean və yerli təbiətdən həzz almaq arzusunda olub.
"Bu tam ləzzətdir! Heyrətamiz təbiət - ətrafdakı hər şeyin böyük bir rəssam tərəfindən çəkildiyi hissi", o yazır.
Dekabrın 21-də bloqer və teleaparıcı Nastya İvleeva gecə partisinə çılpaq qatılıb. Tədbirdə Qlükoza ilə yanaşı, bir çox digər rus estrada ulduzları da iştirak ediblər: Filipp Kirkorov, Dima Bilan və Lolita, həmçinin reper Djiqan həyat yoldaşı Oksana Samoylova ilə, Vacio (əsl adı Nikolay Vasilyev), jurnalist Kseniya Sobçak və başqaları.
Parti iştirakçıları əvvəlcə sosial şəbəkələrdə tənqid olunub, ardınca müxtəlif yoxlamalar və məhkəmə çəkişmələri yaranıb. İvleevanın özü və bir sıra digər sənətçilər hadisəyə görə üzr istəyiblər. Lakin məhkəmə tədbirin təşkilinə görə o, 100 min rubl cərimələnib. Şənlik zamanı ictimai asayişin pozulması - çılpaq olmaq, qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etmək, eləcə də nalayiq ifadələrə yol verilib.