Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 00:52
Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə mənbə "RİA Novosti"yə bildirib.
Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə mütəmadi olaraq hücumlar edilir və məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.