Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" finalda: "Real"la qarşılaşacaq

Tarix: 12 Yanvar 2024 07:04

İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ikinci cütündə "Barselona" ilə "Osasuna" üz-üzə gəlib.

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmadakı qolları 59-cu dəqiqədə Robert Levandovski və 90+3-cü dəqiqədə Lamine Yamal vurub.

Qeyd edək ki, "Barselona"nın finaldakı rəqibi "Real Madrid" olacaq.

Milli.Az


Etiketlər:  Barselona finalda Realla qarşılaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ