Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyalı hücumçu Azərbaycan klubunda

Braziliyalı hücumçu Azərbaycan klubunda

Tarix: 12 Yanvar 2024 12:36

"Turan Tovuz" qış fasiləsində ilk transferini həyata keçirib. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "boz qurd" Aleks Souzanı rənglərinə bağlayıb. Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. 

22 yaşlı forvardın son klubu Litva "Qeqelmann"ı olub. Aleks burada cəmi 2 qarşılaşmada meydana çıxıb və qol vurmayıb. Hücumçu karyerası ərzində "Santos", "Boluspor" kimi klublarda çıxış edib. Aleks Avropa karyerasında 72 qarşılaşmada 12 qol vurub, 10 məhsuldar ötürmə edib. 

Məşhur "Transfermarkt.com" portalında futbolçu "Turan Tovuz"un üzvü olaraq göstərilir.

Milli.Az


Etiketlər:  Braziliyalı hücumçu Azərbaycan klubunda


RƏYLƏR