Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 14:26
Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə X səhifəsində bildirib.
Bu, yeni nazirin ilk xarici səfəri olub.
"Bura Fransanın Ukraynaya iqtisadi, hərbi və humanitar sahələrdə uzunmüddətli dəstək verməyə davam edəcəyini bildirmək üçün gəlmişəm", - Sejurne BFMTV telekanalının efirində deyib.