Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA-nın Aya göndərdiyi aparat ilk selfisini göndərdi: Problem aşkarlandı - FOTO

NASA-nın Aya göndərdiyi aparat ilk selfisini göndərdi: Problem aşkarlandı - FOTO

Tarix: 13 Yanvar 2024 18:22

"Astrobotic" şirkəti tərəfindən NASA missiyaları, o cümlədən kommersiya yükləri üçün hazırlanan "Peregrine" Aya eniş aparatı ilk fotoşəkilini göndərib. Bununla da gəminin hərəkət sistemində texniki problemlər olduğu təsdiqlənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Astrobotic" şirkətindən xəbər verilib.

"Kosmosda olan "Peregrine"dən ilk şəkli aldıq. Foto üçün istifadə edilən kamera üst platformaya quraşdırılıb və ön planda çoxqatlı izolyasiyanı göstərir. Şəkildə bu izolyasiyanın zədələnməsi aydın əks olunub", - deyə məlumatda bildirilib.

Şirkət vurğulayıb ki, bu hal texniki problemlərin olması ehtimalını təsdiqləyib.

Xatırladaq ki, yanvarın səkkizində ABŞ-nin "United Launch Alliance" (ULA) şirkəti Floridadakı Kanaveral burnundakı kosmodromundan "Peregrine" eniş aparatı da daxil olmaqla yükləri Aya çatdırmalı olan "Vulcan" raketini buraxıb. Məlumata görə, modul raketdən ayrıldıqdan bir neçə saat sonra Günəşə istiqamətlənmə ilə sabit mövqe tutmasına mane olan nasazlıqla qarşılaşıb. Bundan sonra nasazlıq səbəbindən kosmik gəminin Aya yumşaq eniş etmək qabiliyyətinin risk altında ola biləcəyi vurğulanıb.

Milli.Az


Etiketlər:  NASA nın Aya göndərdiyi aparat ilk selfisini göndərdi Problem aşkarlandı FOTO


RƏYLƏR