Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Benzema "Əl-İttihad"dan uzaqlaşdırıldı - SON DURUM

Benzema

Tarix: 14 Yanvar 2024 15:48

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda hələ də məşqlərə qayıtmayan Kərim Benzema rəhbərliyin qərarı ilə mövsümün qalan hissəsinə hazırlıq məqsədilə Dubayda keçiriləcək olan təlim-məşq toplanışına çağırılmayacaq. 

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, informasiyanı "Tutto Mercato" yayıb. 

Mənbənin məlumatına görə, ulduz futbolçunun adı siyahıya salınmayıb. 

Fransalı forvard hələ yeni ildən əvvəl 3 məşq buraxmışdı. O, yeni il daxil olandan bəri heç bir məşqə qoşulmayıb.

Kərim Benzema mövsümün ilk hissəsində 20 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Benzema Əl İttihaddan uzaqlaşdırıldı SON DURUM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ