Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2024 08:24
Kiyev Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra müttəfiqlərinin diqqətini saxlamaq üçün daha bir cəbhədə mübarizə aparmağa məcburdur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
Nəşr qeyd edir ki, HƏMAS İsrailə hücum etdikdən sonra Qərb Fələstin-İsrail münaqişəsinə qarışıb, sonra isə Ənsarullah hərəkatına qarşı mübarizəyə keçib:
"Eyni zamanda, Kiyevə verilən dəstəyə Ukrayna əks-hücumunun uğursuzluğu da mənfi təsir göstərib. ABŞ-ın 60 milyard dollarlıq yardımı Konqresdə ilişib qalıb və AB hələ də növbəti dörd il ərzində Ukraynaya 50 milyard dollar maliyyə yardımı göndərilməsini təsdiqləməyə çalışır".