Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın xəbəri yoxdur: Qərb gizlicə razılaşıb!

Ukraynanın xəbəri yoxdur: Qərb gizlicə razılaşıb!

Tarix: 15 Yanvar 2024 09:12

Qərb dövlətlərinin Ukraynanı kifayət qədər lazımi silahlarla təmin etmək istəməməsi müharibənin intensivliyini indiki səviyyədə saxlamaq, onun genişlənməsinin qarşısını almaq və başqa dövlətlərin də müharibəyə cəlb edilməməsi cəhdidir. Amma bu strategiya artıq özünü doğrutmadı.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı diplomat, Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib.

"Hər kəsə aydındır ki, Ukraynanın və deyək ki, ABŞ-ın strategiyaları əvvəldən tam üst-üstə düşməyib. ABŞ-ın strategiyası müharibənin NATO ölkələrinə yayılmaması üçün Ukrayna ərazisində qalmasına hesablanıb. İkinci mövqe: Rusiya ilə nə edəcəklərini bilmirlər, ona görə də Rusiya ərazisinə, o cümlədən Qərb silahları ilə hücumlardan çox qorxurdular", - o bildirib.

Çalıy qeyd edib ki, ukraynalıların arxasından avropalılar və amerikalılar Moskva və Pekinlə birbaşa danışıqlar aparıb və Rusiya-Ukrayna müharibəsində müəyyən oyun qaydaları barədə razılığa gəliblər:

"Heç bir halda nüvə silahından istifadənin yolverilməzliyi barədə mütləq razılaşma var. İctimai məkanda Qərbin Ukraynaya müəyyən silahları, məsələn, eyni "Taurus" raketlərini ötürməkdən çəkindiyi barədə məlumatlar yayılır ki, Çin və KXDR öz silahlarını Rusiyaya tədarük etməyə başlamasın. Amma bu yanaşmanın nəticə vermədiyi artıq göz qabağındadır".

Milli.Az


Etiketlər:  Ukraynanın xəbəri yoxdur Qərb gizlicə razılaşıb


RƏYLƏR