Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtdən vəfa dərsi: 52 gündür ölmüş sahibinin məzarı başında gözləyir

İtdən vəfa dərsi: 52 gündür ölmüş sahibinin məzarı başında gözləyir

Tarix: 16 Yanvar 2024 00:30

Türkiyənin Bursa şəhərində dünyasını dəyişən qadının iti sahibinin məzarını tərk etmir.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, təsirləndirən hadisə İznik rayonunda baş verib.

Belə ki, 3 aylıq olarkən aldıqları və 3,5 il baxdıqları Poli adlı alman çoban itinə baxan 81 yaşlı Zeliha Yılmaz 52 gün əvvəl dünyasını dəyişib.

Sahibini itirən Poli hər gün evlərindən 500 metr aralıda, Zeliha Yılmazın dəfn edildiyi qəbiristanlığa gedib məzarının yanında gözləyir.

Nənəsinin məzarını ziyarət edən Ziya Yılmaz "Nənəmin məzarına gələndə Polini onun məzarı başında uzandığını gördüm. Mən özüm də bu vəziyyətə təəccübləndim. Maşınıma minsəm də, itimiz Poli arxamca gəlməyərək qəbrin başında qaldı", - deyib.

Milli.Az


Etiketlər:  İtdən vəfa dərsi 52 gündür ölmüş sahibinin məzarı başında gözləyir


RƏYLƏR