Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibilə atılan senarilər 800 funt sterlinqə satılacaq - FOTOlar

Zibilə atılan senarilər 800 funt sterlinqə satılacaq - FOTOlar

Tarix: 16 Yanvar 2024 04:04

"Friends" serialına aid ssenarilər hərraca çıxarılacaq.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 1998-ci ildə Londonda zibil qabına atılan iki original senari satışa çıxarılacaq.

Hərrac "Hanson Ross" adlı hərrac evində baş tutacaq.

Serialın 4-cü mövsümünün sonlarına aid senariləri "Fountain Studiyaları"nda işləyən işçilərdən biri tapıb.

Bu studiyalarda "The One With Ross's Wedding" bölümünün birinci və ikinci hissələri çəkilib.

Onu tapan şəxs bu bu senarilərə gerçək "Friends" izləyicisinin sahib olmalı olduğunu qeyd edib:

"Ssenariləri nə edim bilmirəm. Onları ofisimdəki rəfdə saxlayıram. Hansı aktyora aid ssenarilərdir onu da bilmirəm. Bu ssenarilərə həqiqi "Friends" izləyicisi sahib olmalıdır".

Ssenarilərin 600-800 funt sterlinqə satılacağı ehtimal edilir.

Qeyd edək ki, ötən il "Friends" aktyorlarından bir nəfər dünyasını dəyişib. Bu ekran işində "Chandler Bing" obrazına həyat verən məşhur aktyor Mety Perridir.

Milli.Az


Etiketlər:  Zibilə atılan senarilər funt sterlinqə satılacaq FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ