Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Spartak"ın yetirməsi Azərbaycan klubuna transfer olundu

Tarix: 18 Yanvar 2024 22:38

I Liqanın lideri "Qaradağ Lökbatan" heyətini legioner futbolçu ilə gücləndirib. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Qəsəbə təmsilçisi kamerunlu Odri Zepattanı sıralarına qatıb.

Azad agent olan müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 193 sm boya malik afrikalı "Spartak"ın (Moskva) yetirməsidir. Karyerası ərzində Şimali Makedoniyanın "Skoype", Belarusun "Belşina" klublarında çıxış edib. 

Milli.Az


Etiketlər:  Spartakın yetirməsi Azərbaycan klubuna transfer olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ