Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Somali HDQ komandanı: “Ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə sahibik”

Somali HDQ komandanı: “Ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə sahibik”

Tarix: 19 Yanvar 2024 00:18

"Somali Hərbi Dəniz Qüvvələri (HDQ) tam təchiz olunub və Efiopiya ilə artan gərginlik fonunda dövlətin sularını müdafiə etməyə tam hazırdır".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Somali Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin komandanı, admiral Abdi Varsame Osman deyib.

"Sizdən tam hazır olmanızı istəyirik. Xarici düşmən kimi daxili düşmən də bizdən heç nə ala bilməyəcək", - admiral Somali Hərbi Dəniz Qüvvələrinin komandanlığını ziyarət edərkən zabitlərə müraciətiətində bildirib. Osman vurğulayıb ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə sahibdirlər.

Qeyd edək ki, Somali və Efiopiya arasında münasibətlər ikincinin beynəlxalq səviyyədə Somalinin bir hissəsi hesab edilən, tanınmamış Somalilend ilə dəniz limanlarına çıxış əldə etmək üçün anlaşma memorandumu imzalamasından sonra pisləşib. Somali hökuməti ölkənin suverenliyini pozan memoranduma etiraz etmək niyyətində olduqlarını bildirib. Paytaxt Moqadişoda memorandumun əleyhinə bir sıra kütləvi nümayişlər keçirilib. ABŞ və Misir də daxil olmaqla bir sıra dövlətlər Somalinin ərazi bütövlüyünə sadiqliklərinə bildiriblər.

Milli.Az


Etiketlər:  Somali HDQ komandanı Ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə sahibik


RƏYLƏR