Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 16:16
NATO yaxın 20 ildə Rusiya ilə tammiqyaslı müharibəyə hazırlaşır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer danışıb.
Bauer alyansa üzv ölkələrin hökumətlərini və vətəndaşlarını münaqişəyə və hərbi xidmətə çağırılma ehtimallarına hazırlaşmağa çağırıb.
Xatırladaq ki, NATO bu ay son on ilin ən böyük təlimi hesab olunan "Steadfast Defender"i təşkil edəcək. Təlimlərdə 90 min hərbçi iştirak edəcək.