Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rahil Məmmədov rəsmən Polşa klubunda

Rahil Məmmədov rəsmən Polşa klubunda

Tarix: 20 Yanvar 2024 23:00

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Lodz təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

Əlavə edək ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu - 18-cidir.

Milli.Az


Etiketlər:  Rahil Məmmədov rəsmən Polşa klubunda


RƏYLƏR