Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur boksçu bir il araq içməsə, mənzil hədiyyə ediləcək - FOTO

Məşhur boksçu bir il araq içməsə, mənzil hədiyyə ediləcək - FOTO

Tarix: 21 Yanvar 2024 18:54

Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlev rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Aleksandr  Yemelyanenko ilə mərc edib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Kremlev Yemelyanenkoya bir ili spirtli içkisiz və idman rejimində keçirərsə, ona mənzil verəcəyini vəd edib. "Kim Yemelyanenkonu sərxoş tutsa yazsın!" - o əlavə edib.

Bundan əvvəl Yemelyanenko alkoqolizmin müalicəsindən danışıb. "Xəstəxanalara getdim, məni VİP palatalarla təmin etdilər, prosedurlar yazdılar. Sonra çölə çıxdım və düşündüm: heç kim bilməyəcək, mən pivə alacam. Və yenə də hər şey eyni şeydən başladı", - deyən Yemelyanenko bu həyat tərzini bəyəndiyini bildirib.

42 yaşlı Yemelyanenko MMA üzrə 40 döyüş keçirib, bu döyüşlərdə 29 qələbə qazanıb, 10 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir döyüş heç-heçə başa çatıb.


Etiketlər:  Məşhur boksçu araq içməsə mənzil hədiyyə ediləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ