Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi”nin sabiq baş məşqçisi yeni klubu məlum oldu

“Neftçi”nin sabiq baş məşqçisi yeni klubu məlum oldu

Tarix: 22 Yanvar 2024 11:06

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya klubu ÇFR ilə anlaşıb.

Milli.Az "report"a istinadən bildirir ki, bunu adıçəkilən komandanın sahibi Nelu Varqa açıqlayıb.

Klub rəhbəri bildirib ki, ölkə çempionatının XXII turunda "Botoşani"yə məğlubiyyətdən sonra baş məşqçi Andrea Mandorlini istefaya göndərilib. Nelu Varqa bu posta Mutunu təyin edəcəklərini gizlətməyib: "Mutu ilə danışdım, bir-birimizi başa düşdük. Yeni baş məşqçimizin Adrian olmasını qərara almışam. Onunla müqavilənin detallarını müzakirə edəcəyik".

Qeyd edək ki, ÇFR hazırda 36 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Adrian Mutu ötən ay "Neftçi" ilə yollarını ayırıb.

Milli.Az


Etiketlər:  Neftçinin sabiq baş məşqçisi yeni klubu məlum oldu


RƏYLƏR