Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğlu Emilin ölümündən sonra müğənni gəlinindən KÜSÜB? - VİDEO

Oğlu Emilin ölümündən sonra müğənni gəlinindən KÜSÜB? - VİDEO

Tarix: 22 Yanvar 2024 14:20

İfaçı Sabrina mərhum həyat yoldaşı, müğənni Emil Rəhmanoğlunun vəfatından sonra qayınatası Əməkdar artist Rəhman Rəhmanoğlu ilə münasibətlərinin korlanması ilə bağlı iddialara aydınlıq gətirib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda müğənni qonaq olduğu "Xəbərin var?" maqazin verilişində danışıb.

Sabrina yayılan bu xəbərlərin cəfəngiyyat olduğunu bildirib: 

"Belə bir şey yoxdur. Həftədə heç olmasa bir dəfə də olsun ya mən, ya da ki, qayınatam Rəhman müəllim bizə gəlir. Hər zaman da ona demişəm ki, bura sənin öz oğlunun yaşadığı ev olub. Oğlu Emil geyimlərini necə qoyubsa, elə də evdə, otaqda qalıb. Rəhman müəllimin ürəyi istəyəndə gəlir bizə.

Ömrümün sonuna qədər, hər nə olursa olsun, şərtlər nə olursa olsun, Emilin valideynlərinə və doğmalarına hər zaman hörmətlə yanaşacağam. Rəhman müəllimdən özümə heç zaman hörmətsizlik görməmişəm. Münasibətlərimiz yaxşıdır. Hazırda karyerama tək başlamışam. Başlanğıc ərəfələrindəyəm.
O hər çəkilişə mənlə gələsi deyil. Onun səhhətində problemlər var. Heç mən ondan bunu ummuram da... O hər zaman deyib ki, qızım, mən hər zaman sənə dəstəyəm. Sadəcə istəmirəm, o hər çəkilişə mənimlə birgə gəlsin. Yaşlı insandır, onu hər dəfə narahat etmək istəmirəm. Nə də ki, Emilin adından... Emil mənim 7 illik həyat yoldaşım olub. Hər şeydən əvvəl o, sənətkar olub və biz dost olmuşuq.

Məni çox zaman Emil Rəhmanoğlunun xanımı kimi təqdim edirlər. Amma mən deyirəm ki, artıq belə təqdim etməyin. Adım Sabrinadır. Mən istəmirəm ki, Emilin adından reklam olunum. Bizim aramızda nə olubsa, o mənə, mən də ona halallıq vermişəm və verirəm də..." 

Sabrina aktyor qayınatasının ondan oğlunun 40 mərasimindən sonra məclislərdəki çıxışına geri dönməsini istədiyini vurğulayıb: 

"Mənim başqa sənətim yoxdur. Əslində mən ixtisasca dil və ədəbiyyat müəllimiyəm. Amma öz ixtisasım üzrə çalışmamışam. Hər zaman fəaliyyətim müğənni kimi olub. Karyerama da müğənni kimi başlamışam. Ailəm var və başqa işim yoxdur. İşimə təbii ki, davam etməliyəm. Emil Rəhmanoğlunun 40 mərasimindən sonra qayınatam Rəhman müəllim özü dedi ki, artıq məclislərinə və şoularına get, işlərini gör. Sənət camiyəsindən isə mənə dəstək olan yoxdur". 

Qeyd edək ki, Emil Rəhmanov 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib. 

Milli.Az


Etiketlər:  Oğlu Emilin ölümündən sonra müğənni gəlinindən KÜSÜB VİDEO


RƏYLƏR