Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da kollektiv düşüncə prinsipi üzrə işləyən robotlar hazırlanıb

ABŞ-da kollektiv düşüncə prinsipi üzrə işləyən robotlar hazırlanıb

Tarix: 13 Noyabr 2019 09:36

Massaçusets Texnologiya İnstitutunun alimləri kollektiv düşüncəyə malik robotların iş prinsipini nümayiş etdiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, qurğu kub şəklində hazırlanıb. Hər bir belə avtomatlaşdırılmış kub müstəqil şəkildə hərəkət edə, təxminən 20 min dövr sürətlə fırlana və tullana bilər. Bundan başqa, qurğu bir neçə robotun birləşərək kollektiv düşüncə prinsipi üzrə işləməsinə kömək edən maqnitlərlə təchiz edilib.
 
Kub formasında olan robot müxtəlif konstruksiyalar şəklində yığıla və birgə hərəkət edə bilərlər. Alimlərin sözlərinə görə, belə qurğular insanları xilas etmək üçün lazım ola bilər (məsələn, fövqəladə vəziyyətlərdə nərdivan və ya körpülər düzəltməklə).
 
 
Emil Hüseynov





Etiketlər:  ABŞ da kollektiv düşüncə prinsipi üzrə işləyən robotlar hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ