Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlanın başı Tehrandır: qanuni hədəfdir - İsrail

İlanın başı Tehrandır: qanuni hədəfdir - İsrail

Tarix: 25 Yanvar 2024 11:08

İran İsrailin raket hücumları üçün qanuni hədəfdir. İlanın başı Tehrandır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrailin iqtisadiyyat naziri Nir Barkat "Teleqraf" qəzetinə verdiyi müsahibədə deyib.

"İsrail döyüşməyə davam edə bilər və bu müharibə böyük böhran olduğu qədər, həm də əla fürsətdir. Bir milyard şekellik gündəlik xərcə baxmayaraq, İsrail müharibəni davam etdirə və Livana qarşı yeni cəbhə aça bilər", - Barkat bildirib.

Barkatın sözlərinə görə, bu müharibə hələ kifayət qədər aqressiv deyil.

Milli.Az


Etiketlər:  İlanın başı Tehrandır qanuni hədəfdir İsrail


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ