Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 00:28
Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi, mövcud risklərin aradan qaldırılması üçün "Montrö Boğazlar Konvensiyası"na sadiqliyini xüsusi diqqətlə davam etdirəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.
Həmçinin, Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda atəşkəslə bitməsinin və daimi sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.