Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 09:02
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, onun sözlərinsən TASS sitat gətirib.
"Mən Zaporojyeyə qayıtmağı planlaşdırıram, yaxın 10 gün ərzində orada, həmçinin Kiyevdə və Rusiyada olacağam", - o, BMT Təhlükəsizlik Şurası üçün Zaporojye AES-dəki vəziyyətlə bağlı brifinqdən sonra aydınlıq gətirib .
Qrossi 2023-cü ilin payızında Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
"Vəziyyət məndən hər iki tərəflə daimi əlaqə saxlamağı tələb edir", - MAQATE rəhbəri izah edib.