Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanəvi futbolçunun oğlu Madrid klubunda - FOTO

Əfsanəvi futbolçunun oğlu Madrid klubunda - FOTO

Tarix: 26 Yanvar 2024 14:00

İtaliya millisinin və "Roma"nın əfsanəvi hücumçusu Françesko Tottinin böyük oğlu Kristian İspaniyanın "Rayo Valyekano" klubuna keçib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 18 yaşlı hücumçu artıq Madrid klubu ilə ilk məşqini keçirib.

"Roma" akademiyasının yetirməsinin məşqini atası da izləyib. 2023-cü ildən oynadığı "Frozinone" ilə müqaviləsinə xitam verən Kristian keçmiş klubunda bu mövsüm 5 oyun keçirib və 1 qola imza atıb.

Qeyd edək ki "Rayo Valyekano" La Liqanın 20 turunda 23 xal toplayaraq 13-cü yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Əfsanəvi futbolçunun oğlu Madrid klubunda FOTO


RƏYLƏR