Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlavə bir saat yatmağın faydası

Əlavə bir saat yatmağın faydası

Tarix: 27 Yanvar 2024 09:06

ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, əlavə bir saat yuxu qan təzyiqini aşağı sala və qanda qlükoza səviyyəsini normallaşdıra bilər.

Sonxeber.net unikal-a istinadən xəbər verir ki,  araşdırmanın nəticəələri "Sleep Health" jurnalında dərc olunub. 

Tədqiqatçılar bir həftə ərzində gecə yuxusunun bir saat artırılmasının gənclərin sağlamlığına təsirinin öyrənilməsinə diqqət yetiriblər. Təcrübədə orta bədən kütləsi indeksi 24,5 olan 18-23 yaş arası 12 nəfər iştirak edib. İştirakçıların fiziki və psixi sağlamlıqları ilə bağlı heç bir problem olmadığı qeyd edilir.

Bir həftə ərzində iştirakçılar normal yuxu cədvəlinə uyğun yatıblar. Eyni zamanda, alimlər aktiqrafik saatlardan istifadə edərək yuxunun müddəti və keyfiyyəti haqqında məlumat toplayıblar. Tədqiqatçılar həmçinin omba akselerometrlərindən - cihazın kosmosdakı mövqeyinin dəyişməsi üçün sensor kimi işləyən cihazlardan istifadə edərək subyektlərin motor vərdişlərini qeydə alıblar.

Bundan əlavə, könüllülər ilkin analiz üçün sidik və qan nümunələrini təqdim ediblər. Onların qan təzyiqi səviyyələri, ürək döyüntüləri və standart yeməyə metabolik reaksiyaları haqqında da məlumat toplanıb.

Sonrakı təcrübədə (tədqiqatın ikinci həftəsi) iştirakçılara gecə yuxu müddətini bir saat artırmaq tapşırılıb. Orta hesabla könüllülərin gecə istirahətini 43 dəqiqə uzadılıb. Bu dəyişiklik, iştirakçıların rifah hallarını qiymətləndirmələrinə görə, pozitivliyinin artmasına səbəb olub. Bundan əlavə, artan yuxu müddəti sistolik qan təzyiqinin azalması ilə əlaqələndirilib. 

Tədqiqat həmçinin müəyyən edib ki, yemək yedikdən sonra iştirakçıların qan qlükoza səviyyəsinin ilkin səviyyəyə qayıtması üçün tələb olunan vaxt azalıb. Bu, şəkərli diabetin müalicəsi və qarşısının alınmasında mühüm amil olan orqanizmdə qlükoza səviyyəsinin tənzimlənməsinin yaxşılaşdığını göstərir.


Etiketlər:  Əlavə saat yatmağın faydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ