Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda "zapı ölüxanası": "Bəzilərinə hibrid mühərrik..." - VİDEO

Bakıda

Tarix: 27 Yanvar 2024 18:18

Ukraynanın məşhur "Zaparojest" avtomobil zavodunun məhsulu olan və bir vaxtlar böyük və müasir hesab olunan "zapı"lara şəhər küçələrində tez-tez rast gəlmək olurdu. İndi isə vəziyyət tam dəyişib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakının Nərimanov rayonu ərazisində atılmış "zapı"lar ya eksponat kimi saxlanılır, ya da ehtiyat hissələrindən istifadə edilir.

Müxtəlif model "Zaz" avtomobillərini toplayan Azər Əhmədov deyir ki, onda bu nəqliyyat vasitələrinə maraq bir neçə il əvvəl yaranıb. Sonra isə yararsız halda olanları alaraq təmir etməyə başlayıb.

Çəkiliş apardığımız vaxt daha bir "zapı" həvəskarı ilə də qarşılaşdıq. O bildirdi ki, bura adətən ya təmir üçün, ya da restavrasiya edilərək yenilənmiş "zapı" almağa gəlir.

Gününü bu nasaz "zapı"lar arasında keçirən Azər Əhmədov bu avtomobillərdə yenilik etməyə çalışdığına diqqət çəkib.

Müsahibimiz əlavə edib ki, bu avtomobillərin vaxtı keçmiş olsa da, bəziləri texniki vəziyyətinə görə yüksək qiymətə - 20 min manatdan baha satılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda zapı ölüxanası Bəzilərinə hibrid mühərrik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ