Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2024 01:18
Yüksək rütbəli xarici rəsmilər münaqişə başa çatdıqdan sonra Fələstin Administrasiyasına anklavda asayişi təmin etmək üçün Qəzza zolağına ərəb sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi məsələsini müzakirə edirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Məlumata görə, İsrail nümayəndələri bu ideyanı rədd edir və anklavda İsrailin nəzarəti altında olan çoxmillətli qüvvələrin yerləşdirilməsini təklif edirlər. Lakin ərəb liderləri belə bir fikrə qarşı çıxıblar.