Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaq film qəhrəmanlarının SON HALI - FOTOlar

Uşaq film qəhrəmanlarının SON HALI - FOTOlar

Tarix: 28 Yanvar 2024 13:00

Dünya kinematoqrafiyasında bir çox uşaq filmləri qəhrəmanları var ki, onlar hazırda artıq müəyyən yaşa çatıblar. Filmlərdəki ikonik uşaqlardan kimisi aktyorluq fəaliyyətini davam etdirir, kimisi isə tamam başqa sahədə çalışır.

Milli.Az baku.ws-ə istinadən həmin uşaq film qəhrəmanlarını təqdim edir:

Harri Mellinq

"Harry Potter"in 2001-ci ildəki hissəsində rol alan Harri Mellinq həmin vaxt 12 yaşında idi. Daha sonra 2020-ci ildə "Devil All the Time", "Queens Gambit" kimi ekran əsərlərində rol alan aktyor hazırda 34 yaşındadır.

Kristian Riççi

1980-ci il fevralın 12-də doğulan aktrisa 1991-ci ildə çəkilən "The Addams Family"də Wednesday Addams obrazına həyat verib. Bu zaman o 11 yaşında olub. "Buffalo 66", "Sleepy Hollow" kimi filmlərdə də rol alan Kristian hazırda 44 yaşındadır.

Nikolas Holt

1989-cu il dekabrın 7-də dünyaya gələn böyük britaniyalı aktyor Nikolas Holt 2002-ci il istehsallı "About a Boy" filmində rol alıb. Dram janrlı "Skins"də Tony Stonem rolu ilə tanınan aktyor daha sonra "Warm Bodies", "Tolkien" kimi filmlərdə çəkilib. O indi 34 yaşındadır.

Dilan və Kol Sparus qardaşları

Bu qardaşlar 1992-ci ilin avqustun 4-də dünyaya gəliblər. Onlar 2005-ci ildə çəkilən "Zak və Kodinin lük həyatı" serialı ilə tanınıblar. Həmin vaxt aktyorların 13 yaşı olub. Haızrda onların 32 yaşı var. 

Milli.Az


Etiketlər:  Uşaq film qəhrəmanlarının SON HALI FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ