Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigar Şabanova: "Mələkxanım Eyubova ilə barışsaq da..." - VİDEO

Nigar Şabanova:

Tarix: 28 Yanvar 2024 18:35

"Mələkxanım Eyubova ilə barışsaq da münasibətimiz yoxdur".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "10-da görüşək" verilişində deyib.

İllər əvvəl qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyubovadan söz açan sənətçi bildirib ki, barışsalar da lakin aralarındakı buzlar hələ də əriməyib.

"Aparıcı Nanə Ağamalıyevanın verilişində qarşı tərəflə müəyyən barışıq oldu. Nanə söylədi ki, verilişimə gələrsən... Dedim ki, əlbəttə. Bu gün də sənətimə maneə olan sənətkarlarımız var. Amma onları haradasa görəndə ayağa qalxıram və bir kiçik olaraq hər zaman onların ayağının altına getməyə hazıram. Mən görmədim ki, Mələkxanım hansısa bir verilişdə desin ki, mənim Niquşum da gəlsin...

Onun heç Nigar xanım deməsini belə istəmirəm. Gözləyirdim desin ki, Niquşum da gəlsin, onunla birgə bir efirdə olaq... Niquş filan efirdə olacağam, sənə mən deyirəm, dur gəl... Bəyəm mən gəlmərəm o efirə!? Mələkxanım məni bir yerə çağırsa ora qaça-qaça gedərəm. Arada telefon zəngləri də oldu... Anam-atam olsa da belə mən istifadə olunmağı sevmirəm!", - deyə Nigar vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında efirlərin birində qonaq olan Nigar Şabanova bildirib ki, fəxri ad alandan sonra çoxları onu təbrik etsə də, keçmiş müəllimi Mələkxanım Eyubova onu təbrik etməyib.

Daha sonra bildirib ki, Mələkxanım müəllimi olsa da, ona heç nə öyrətməyib. Bunu eşidən Eyubova "Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi" sözləri ilə yanan ocağın üzərinə benzin səpmişdi. Beləcə tərəflər arasında qalmaqal yaşanmışdı.

Milli.Az


Etiketlər:  Nigar Şabanova Mələkxanım Eyubova ilə barışsaq da VİDEO


RƏYLƏR