Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanın yeni Baş naziri o olacaq

Gürcüstanın yeni Baş naziri o olacaq

Tarix: 29 Yanvar 2024 14:36

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze əvəz edə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın hakimiyyətə yaxın "İmedi" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, partiyanın yanvarın 24-də keçirilmiş siyasi şurasının iclasında İrakli Qaribaşvilinin partiyanın sədri, İrakli Kobaxidzenin isə Baş nazir təyin edilməsi qərara alınıb.

Sözügedən qərarın fevralın 1-də bəyan ediləcəyi bildirilib.

Milli.Az


Etiketlər:  Gürcüstanın yeni Baş naziri o olacaq


RƏYLƏR