Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda xəstəxana işçisi əməliyyat zamanı öldü

Azərbaycanda xəstəxana işçisi əməliyyat zamanı öldü

Tarix: 30 Yanvar 2024 12:12

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Cavadov Sahib Rəşid oğlu dünən həmin tibb ocağında əməliyyat edilib.

Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa vaxt sonra pisləşib və vəfat edib.

Bildirilir ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub.

S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycanda xəstəxana işçisi əməliyyat zamanı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ