Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O, kişiliyini itirib”

“O, kişiliyini itirib”

Tarix: 30 Yanvar 2024 17:05

Əməkdar artist Elza Seyidcahan növbəti dəfə qohumu ilə bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən bildirir ki,"Elgizlə izlə" proqramına bağlantı ilə qoşulan sənətçi qohumu Ramillə bağlı sərt ifadələr səsləndirib:

"Gözlərini əməliyyat etdirin. Xalqın gözü qarşısında ailəsi ilə barışdırın. Ailəsinə yiyə dursun. Əlinə bel alıb torpağına sahib çıxsın. Keçmiş kişiliyini bərpa etsin. O kişiliyini bərpa etsin. Kömək edək. Nə olsun mənim babamın bibisi nəvəsinin nəticəsidir".

Qeyd edək ki, Ramil "Elgizlə izlə"yə müraciət edərək kömək istəyib və Seyidcahanın qohumu olduğunu bildirmişdi.

Milli.Az


Etiketlər:  O kişiliyini itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ