Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada qətl törədən Camala hökm oxundu

Rusiyada qətl törədən Camala hökm oxundu

Tarix: 31 Yanvar 2024 18:48

Rusiyada qəsdən adam öldürməkdə ittiham olunan kriminal aləmin üzvü Camal Həsənovun (Yeraz Camal) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, C.Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib. "Yeraz Camal" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda "Lotu Quli"yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.

Rusiya mətbuatında yayılan məlumatlara görə, "Lotu Quli"nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də "Yeraz Camal" qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək C. Həsənovu güllələyərək qətlə yetirib.

Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində 50 min rubl alıb. Qətldən bir müddət sonra N. Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətə azadlıqdan məhrum edilib.

Milli.Az


Etiketlər:  Rusiyada qətl törədən Camala hökm oxundu


RƏYLƏR