Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 16:45
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq. Gələn il ünvanlı sosial yardımlar üçün 50 milyon manat ayrılacaq.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
S.Babayev qeyd edib ki, qeyri-büdcə təşkilatları tərəfindən büdcəyə 76,2 milyon manat vəsaitin daxil olması gözlənilir.
Nazir vurğulayıb ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur”.
S.Babayev əlavə edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin