Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirdən öldürülən sürücü barədə kədərli açıqlama - FOTO

Nazirdən öldürülən sürücü barədə kədərli açıqlama - FOTO

Tarix: 2 Fevral 2024 15:06

İzmirdə müştəri kimi taksiyə mindirdiyi D.A. (19 yaş) tərəfindən silahla vurulan Oğuz Erge müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca  xəbər verib:

"İctimaiyyətdə yayılan görüntülər böyük kədərə səbəb olub, çünki xeyirxahlığa qəddarlıqla cavab verilib. Cinayətkarın layiq olduğu cəzanı alacağına heç bir şübhəmiz yoxdur. Mərhuma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm", - deyə o vurğulayıb.

Xatırladaq ki, qorxunc hadisə fevralın 1-nə keçən gecə baş verib. 44 yaşlı O.Elge maşını nasaz olduğundan evinə qayıtmaq istəyərkən yolda, soyuqda qalan gənci görüb və onu da ünvanına aparmaq qərarına gəlib (bu barədə maşına quraşdırılan kamerada qeydə alınan söhbətdən məlum olub).

Ancaq mənzil başına çatanda D.A. pul vermək əvəzinə sürücüyə tapançası ilə üç dəfə atəş açıb və "bəzi adamlara etibar etməməlisən", - deyərək, onun telefonunu və qulaqlığını götürüb hadisə yerini tərk edib.

Bununla belə, o çox uzağa gedə bilməyib. Hüquq-mühafizə orqanları 19 yaşlı şübhəlinin izinə düşərək onu saxlayıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Nazirdən öldürülən sürücü barədə kədərli açıqlama FOTO


RƏYLƏR