Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“TikTok”da YENİ QAYDA : bundan istifadə mümkün olmayacaq

“TikTok”da YENİ QAYDA : bundan istifadə mümkün olmayacaq

Tarix: 2 Fevral 2024 20:00

Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini "TikTok"dan siləcək. Buna səbəb şirkətlərin yeni lisenziya razılaşması əldə edə bilməmələri olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dünyanın ən böyük musiqi nəşriyyatına sahib şirkət Taylor Svift, Ariana Grande, Jastin Biber, "Coldplay", "The Weeknd" və Dreykin treklərini ehtiva edən musiqi kataloqunu "TikTok"dan çıxarmağı planlaşdırır.

Artıq UMG-yə məxsus mahnıları olan istifadəçi videolarında səs bağlanacaq, hesab sahiblərindən isə kontent üçün başqa musiqilər seçmələri istəniləcək.

Musiqi şirkəti hesab edir ki, sosial şəbəkə sənətçilərə kifayət qədər pul ödəmir. Onların sözlərinə görə, bir milyarddan çox qeydiyyatdan keçmiş istifadəçisi olan "TikTok"dan yalnız 1% gəlir var.

UMG - dünyanın ən böyük biznes şirkəti, həmçinin səsyazma leyblərinin ana şirkəti və media holdinqdir. O, "Səsyazma leyblərinin böyük üçlüyü"nün ən nüfuzlusudur. Şirkətin müxtəlif ölkələrdə regional ofisləri var.

Milli.Az


Etiketlər:  TikTokda YENİ QAYDA bundan istifadə mümkün olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ