Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2024 19:36
İraqda ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində həlak olanlar üçün milli matəm elan edilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında bildirilib.
"Bu gün Ənbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ-ın bombardmanı nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.