Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ilk və tək - Canlı yayımda intihar edən diktor - FOTOlar

Dünyada ilk və tək - Canlı yayımda intihar edən diktor - FOTOlar

Tarix: 4 Fevral 2024 06:02

Amerikalı xəbər aparıcısı Kristin Çabbuk (Christine Chubbuck) ağır depressiyadan əziyyət çəkirdi. Müalicə almağa çalışsa da, intihar fikrindən vaz keçə bilməyib. Canlı yayımda intihara qərar verən diktor bütün izləyiciləri şoka salıb.

Sonxeber.net sfera.az-a istinadən dünya üzrə indiyə qədər ilk və yeganə olan bu dəhşətli hadisənin təfərrüatlarını təqdim edir.

Kristin Çabbuk 1974-cü ildə 29 yaşında idi. O, Floridada yaşayırdı və "WXLT-TV"də xəbər müxbiri işləyirdi.

Kristin illərlə melanxolik və intihar düşüncələri ilə yaşayıb. O, 1970-ci ildə intihara cəhd edib. Kristinin ailəsi onun intihara meylli olduğunu bilsə də, anası işini itirə biləcəyindən qorxaraq qızının vəziyyəti barədə WXLT rəhbərliyinə bildirməməyi seçib.

Kristin sosial həyatında çoxlu çətinliklər yaşayırdı. Onun nə yaxın dostları, nə də sevgilisi vardı. İlk sevgisi avtomobil qəzasında ölmüşdü. Atası yəhudi olduğu üçün sonrakı sevgilisini bəyənməmişdi.

Kristin intihar etməzdən bir il əvvəl sağ yumurtalığı çıxarılıb və ona hamilə qalması üçün cəmi 2-3 il qaldığı bildirilib. Həmin vaxt o, Corc Piter Rayanla eşq yaşayırdı, lakin bu sevgi birtərəfli idi.

Həyatına qəsd etməzdən bir həftə əvvəl Kristin gecə xəbərlərinin redaktoru Rob Smitə silah aldığını deyib:

"Canlı yayıma çıxıb özümü partlatmağın yaxşı bir fikir olacağını düşündüm"-o zarafatla deyib.

Bir neçə gün sonra Kristin qardaşına:

"Özümü öldürməyi düşünürəm və nə edəcəyimi bilmirəm"-deyib.

O, intihar etməzdən əvvəl müxtəlif terapiya növlərini sınasa da, heç biri nəticə verməyib. Kristin, nə üçün intihar etdiyini izah edən heç bir qeyd və ya məktub da qoymayıb

Əksər hallarda olduğu kimi, insanlar bunun depressiyadan qaynaqlandığını söyləyirlər, lakin onun depressiyaya düşməsinin səbəbləri də dəqiq deyil.
15 iyul 1974-cü ildə Kristin anası ilə qəhvə içdikdən sonra səhər saat 9-da işə gəlib. İş yoldaşları daha sonra onun ömründə ilk dəfə qeyri-adi dərəcədə yaxşı əhval-ruhiyyədə olduğunu şərh edəcəkdilər.

Kristin "Suncoast Digest" adlı proqram aparıcısı idi. O, bəzi böyük xəbərləri yaymaq üçün icazə istəyir.

Daha sonra Kristin kameraya baxaraq, dəhşətli son sözlərini söyləyib. Bundan sonra masanın altına qoyduğu silaha əl atıb və sağ qulağının arxasına atəş açıb.

Dəhşətə gələn televiziya qrupu ekranı blurlayaraq, film efirə verib. Təcili yardım çağıran insanlar Kristini xəstəxanaya aparıb. Həkimlər Kristinin həyatını xilas etməyə çalışarkən, anası müxbirə: "O, dəhşətli dərəcədə depressiyaya düşmüşdü. Sevdiyi bir iş var idi. Davamlı olaraq ona sahib olduğu üçün xoşbəxt olduğunu deyirdi.

Amma sosial həyatında başqa heç nə yox idi. Nə yaxın dostları, nə də romantik münasibəti olmayıb. İnsanlarla əlaqə qura bilmirdi. O, çox həssas idi, çalışdı, amma alınmadı. Ağır depressiyadan əziyyət çəkirdi, lakin psixiatr onun intihar düşüncələrini ciddi qəbul etmirdi".

Kristin xəstəxanaya yerləşdirildikdən 14 saat sonra dünyasını dəyişib. Bu hadisə isə depressiyanın zarafat olmadığı və ciddi bir ruhi xəstəlik kimi müalicə lazım olduğunu sübut etdi.


Etiketlər:  Dünyada tək Canlı yayımda intihar edən diktor FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ