Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anestezioloq cərrahi əməliyyat zamanı yuxuya getdi

Anestezioloq cərrahi əməliyyat zamanı yuxuya getdi

Tarix: 4 Fevral 2024 15:56

Böyük Britaniyada 61 yaşlı anestezioloq Tomas Herbst cərrahi əməliyyat zamanı pasiyentə narkoz verdikdən dərhal sonra yuxuya gedib. Həkim o qədər möhkəm yatıb ki, həmkarları onu böyük çətinliklə oyada biliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Britaniya tribunalı anestezioloqun tibbi etikanı ciddi şəkildə pozduğu qənaətinə gəlib və onu bu əməlinə görə işdən uzaqlaşdırıb. 

Herbst özünü müdafiə edərkən bir gün əvvəl vergi bəyannaməsini doldurmaq üçün gecə yarıya qədər hesabat apardığını desə də, bunun ona heç bir köməyi olmayıb.

Milli.Az


Etiketlər:  Anestezioloq cərrahi əməliyyat zamanı yuxuya getdi


RƏYLƏR