Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barsa”ya şad xəbər: ikisi birdən qayıtdı

“Barsa”ya şad xəbər: ikisi birdən qayıtdı

Tarix: 5 Fevral 2024 08:36

Qapıçı Mark-Andre ter Ştegen və cinah hücumçusu Rafinya "Barselona"nın əsas oyunçular qrupunda məşqlərə qayıdıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Ter Şteqen belindəki zədə səbəbindən noyabrın 12-dən meydanda görünmür. Rafinya yanvarın 12-də əzələ zədəsi alıb.

Bu mövsüm Rafinya bütün yarışlarda "blaugrana"nın heyətində 20 oyun keçirib və dörd qol vurub, yeddi məhsuldar ötürmə edib. Ter Ştegen də öz növbəsində 17 oyunda iştirak edib, 15 qol buraxıb.


Etiketlər:  Barsaya şad xəbər ikisi birdən qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ