Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 19:10
Əməkdar artist Fərqanə Qasımova solo konsertlərindən danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "10-da görüşək" proqramına qonaq olan muğam ifaçısı bunun böyük məsuliyyət olduğunu deyib:
"Konsert vermək o qədər məsuliyyətli bir işdir. Bu gün verilişə gələndə avtomobildə konsertimdən olan hissələrə baxıb, qulaq asırdım. Konsertdə keçirdiyim həyəcanı avtomobildə yenidən yaşadım. Özüm-özümə dedim ki, ağlı olan konsert verər? Bu nə çətin bir işdir? Konsertdən bir ay əvvəl və bir ay sonra insan özünə gələ bilmir. Yuxu qaçır, hal gedir".