Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 07:36
Vaşinqton Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq İrana birbaşa hücum etməyi planlaşdırmır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Belə ki, İrana birbaşa zərbə Vaşinqton tərəfindən planlaşdırılan hər hansı cavab addımın tərkib hissəsi deyil. Qəzet həmçinin ABŞ prezidenti Cozef Baydenin köməkçilərinin İrana zərbə endirmək variantlarını təklif edib-etmədiyini də bilmir.
Amerika administrasiyasının nümayəndələri Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın fevralın 4-də "CNN" telekanalında səsləndirdiyi fikrilərə də münasibət bildiriblər.
Onlar hesab edir ki, Sallivan İrana birbaşa hücumun real ehtimalına işarə etməyə çalışmırdı.
"Biz sadəcə olaraq gələcək mümkün əməliyyatlar haqqında danışmaq istəmirik",-deyə rəsmilərdən biri deyib.
Qeyd edək ki, Sallivan Vaşinqton İordaniyada ABŞ qüvvələrinə qarşı hücuma cavab olaraq İrana mümkün zərbə endirə bilərmi sualını belə cavablandırıb: "ABŞ-ın hər hansı hərəkətini təsdiq və ya təkzib etmək fikrində deyiləm".