Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona”nın sabiq hücumçusunun istefası qəbul edilmədi

“Barselona”nın sabiq hücumçusunun istefası qəbul edilmədi

Tarix: 7 Fevral 2024 00:56

2004-2009-cu illərdə "Barselona" klubunun hücumçusu olmuş, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O vəzifəsini tərk etmək qərarına gəlib.

Artıq Samuel Eto'O ərizəsini Kamerun Futbol Federasiyasına təqdim edib, lakin federasiyanın icraiyyə komitəsi keçmiş futbolçunun istefasını qəbul etməyib.

Qeyd olunur ki, icraiyyə komitəsinin üzvləri yaxın günlərdə yenidən Samuel Eto'O  ilə görüşüb sözügedən məsələni müzakirə edəcəklər.
Məlumat üçün əlavə edək ki, 2014-2018-ci illərdə Türkiyədə top qovan Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.

Milli.Az


Etiketlər:  Barselonanın sabiq hücumçusunun istefası qəbul edilmədi


RƏYLƏR