Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi bəlli oldu

Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi bəlli oldu

Tarix: 8 Fevral 2024 14:45

Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyevin vəziyyəti normallaşıb.

Milli.Az bildirir ki, bu barədə Metbuat.az-a müğənni özü məlumat verib. O bildirib ki, səhhətindəki ciddi problemlə bağlı xəstəxanaya yerləşdirilib:

"Mədə-bağırsaq problemim yaranmışdı. Həkim məsləhəti ilə "Yeni Klinikaya" yerləşdirilmişəm. Bu gün əməliyyat olunmalı idim, mədəmlə bağırsaq arasında tıxanma var idi. Dünən gecə saatlarında həmin tıxanma qəfil aradan qalxdı. Bu gün səhər saatlarında həkim yoxlanışından keçdim. Həkim dedi ki, artıq əməliyyata ehtiyac yoxdur. Xəstəxanadayam, amma özümü yaxşı hiss edirəm".

Milli.Az


Etiketlər:  Vəziyyəti ağırlaşan Əli Mirəliyevin xəstəliyi bəlli oldu


RƏYLƏR